Ağdam rayonunun Baharlı kəndində bədbəxt hadisə baş verib.

Unikal.org"Report"a istinadən xəbər verir ki, 16 yaşlı kənd sakini Məzahir Əliyev təsərrüfat sahəsinə gedərkən yolda at arabası aşıb. Arabanın altında qalan yeniyetmə hadisə yerində həyatını itirib. Uşağın meyiti tibbi müayinədən keçirilmək üçün Bərdə rayonuna gətirilib.

Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.