"Düşündüm ki, Sumqayıtda görülən işlərə, yaradılan bu gözəlliyə şəhərin sakini kimi mən də öz töhvəmi verim.

Bu fikirləri Unikal.org-a tanınmış bədihəçi Namiq Məna Sumqayıt haqqında yazdığı bədihədən danışarkən deyib. O qeyd edib ki, bədihəyə yaxın gələcəkdə klip də çəkdirəcək: "Mən Mədəniyyət və İncəsənət universitetini bitirmişəm. Rejissorluq sənəti də bizə doğmadı. Bədihəni yazanda klip formasını da düşünmüşəm. Məlum videoroliki bədihə həvəskarları yığıblar. Mənim də çox xoşuma gəldi. Yaxın zamanlarda bu bədihəyə klip çəkməyi planlaşdırırıq.
N. Məna Sumqayıt haqqındakı bədihənin necə ərsəyə gəlməsi il bağlı fikirlərini də bölüşüb:
"Mən də Sumqayıt şəhər sakiniyəm. Mütəmmadi olaraq gündə 3-4 dəfə bulvarda gəzirəm, ərsəyə gətirilən gözəllikləri seyr edirəm. Yaradıcı insanların, bədihəçi şairlərin də təfəkkürünün məhsulu onların müşahidəsindən irəli gəir. Bu əsrarəngiz füsunkarlıq digər insanlar kimi məni də öz ağuşuna aldı, cəlb elədi. Qısa müddət ərzində Sumqayıtda gedən yüksək inkişaf mənim də yaradıcılığıma sirayət edlədi, təbim çoşdu və bədahətən bu bədihə ərsəyə gəldi. Eyni zamanda, düşündüm ki, Sumqayıtda doğlub böyüyən insan kimi mən də yaradılan bu gözəlliyə öz töhvəmi verim. Bu gözəllikləri müşahidə edə-dedə fikirləşirəm ki, orada zəhmət keçənlər, daşı daş üstünə qoyanlar, həqiqətən tarixin yaddaşına həkk olunan insanlardırlar.