Bakıda dəhşətli zorlama hadisəsi baş verib.

Unikal.org "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhər sakini 1970-ci il təvəllüdlü E.M polis bölməsinə ərizə ilə müraciət edərək zorlandığını bildirib.

O deyib ki, gecə saat 23 radələrində Lökbatan qəsəbəsi ərazisində Xəyyam adlı şəxs onu döyərək zorla cinsi əlaqədə olub.

Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qadını zorlayan şəxsin kimliyi bəlli olub. Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Xəyyam Quliyev (soyad şərtidir) şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma aparılır.