Göygöldə dəm qazı bir ailənin faciəsinə səbəb olub.

Unikal.org ARB Kəpəz-ə istinadən xəbər verir ki, Göygöl şəhəri, Babək küçəsində yaşayan ana və övladları dəm qazından zəhərləniblər.

4 yaşlı Xədicə və 2 yaşlı Yusif dünyasını dəyişib. 26 yaşlı Bahar Abbasova isə Göygöl rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.