Unikal.org primetime.az-a istiandən xəbər verir ki, ötən gün Xəzər TV-də tanınmış aparıcı Zaur Kamalın təqdimatında yayımlanan "5 də 5" verilişinin növbəti maraqlı buraxılışı baş tutub. 

Gürcüstandan birbaşa efirə gələn aşıq Telli Borçalı, onu üzündən öpmək istəyən Zaura, "ay Allah, üzün bütün tükdür" deyərək görüşməkdən imtina edib. Aşıqın bu hərəkətinə Zaur, "elə onun üçün evdə qalmısan da" deyə gülərək qarşılıq verib. 

Aşıq Telli də, "belə üzü tüklüyə getməkdənsə, evdə qalmaq yaxşıdır" deyərək, tamaşaçıları güldürüb.