"Doktorlar serialında canlandırdığı "Ela obrazı ilə yaddaşlarda qalan Yasemin Özilhanın başına iş gəlib.

Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisa aparıcı Tanem Sivarla yeməkdən çıxarkən toqquşma səsi eşidiblər. Məlum olub ki, bir avtomobil Yaseminin dayanacaqdakı avtomobilinə çırpılıb və qaçıb.

Aktrisa "cana gələn amala gəlsin" deyərək təskinlik tapıb.