"Beni affet" serialında "Feride" obrazını canlandıran Şeymaz Korkmazın bacısı Tuba Korkmazı bıçaqlayan keçmiş sevgilisi Fatih Sığırın məhkəməsi keçirilib.

Unikal.org xəbər verir ki, 17 iyunda Əskişəhərdə küçə ortasında baş verən hadisədən sonra F.Sığır avtomobilinin içində özünü də bıçaqlamışdı.

O, xəstəxanada müalicədən sonra həbsxanaya salınmışdı.

Bu gün keçirilən yekun məhkəmədə ona 14 il həbs cəzası verilib.