Müğənni Natəvan Həbibi Türkiyədə yeni layihəsini gerçəkləşdirəcək.

Unikal.org xəbər verir ki, müğənni prodüser Toliklə birgə bu məqsədlə İstanbula yola düşüb. Orda çəkdirdikləri fotoları "İnstagram səhifəsində paylaşan Natəvanla Tolik üçün səfər "həm ziyarət, həm də ticarət xarakteri daşıyıb. Belə ki, dostlar Türkiyəninin gəzməli-görməli yerlərini dolaşaraq istirahət ediblər, həm də yaradıcılıq işlərini yoluna qoyublar.

Bu barədə açıqlama verməsə də, Tolik üstüörtülü belə yazıb: "İşimizi gördük, indi də gedirik gəzməyə.Natəvan isə bu gün Bakıya dönəcək".
Natəvan Həbibi Toliklə Türkiyəyə niyə gedib? -