Bakıda yaşayış binasında baş verən yanğında iki azyaşlı tüstüdən zəhərlənib.

Unikal.org apa-ya istinadən məlumatına görə, onlar 10 yaşlı Aysu Rəhimova və onun qardaşı, 7 yaşlı Nuran Rəhimovdur.
Azyaşlılar xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 6 m2 sahədə və elektrik kabeli 10 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, yanğın zamanı yuxarı mərtəbələrdən yanğınsöndürənlər tərəfindən 15 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 22:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.