Yasamal rayonunda piyada keçidindən istifadə etməyən qadını avtomobil vuraraq öldürüb.

Unikal.org report-a istinadən bildirir ki, metronun "Nizami" stansiyası yaxınlığında, Cəfər Cabbarlı küçəsində 1942-ci il təvəllüdlü Ruxsara Yusif qızı Məmmədova yolu keçmək istəyərkən onu avtomobil vurub. 

Nəticədə R.Məmmədova ağır bədən xəsarətləri alıb. Yol-nəqliyyat hadisəsini törədən sürücü xəsarət alan 74 yaşlı qadını 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb və o, xəstəxanada ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar aparılır.