Bu gün məşhur reper Mir Yusifin doğum günüdür onun 39 yaşı olur.

Unikal.org bildirir ki, Mirbabayev Mir Yusif Mir Heydər oğlu, 27 oktyabr 1977-ci ildə Bakı şəhəri 8-ci kilometr qəsəbəsində anadan olub. Valideyinləri Mirbabayev Mir Heydər Mir Hüseyn oğlu və Mirbabayeva Adelya Yusif qızıdır. Qardaşı Mirbabayev Mir Bağır Mir Heydər oğlu iqtisadçıdır. Bacısı Mirbabayeva Günay Mir Heydər qızı musiqiçidir. Miri Yusifin uşaqlıq illəri və ilk sevgisi (sonradan onu Amerikaya aparan sevgi) yaşadığı 8-ci kilometr qəsəbəsi ilə bağlıdır. Onun "Bakılı Sərçələr mahnısı və ona çəkilmiş klip məhz həmin yerlə bağlı xatirələrinə həsr olunmuşdur.

Miri Yusif məktəb illərindən başlayan sevgisinin arxasınca Amerikaya getdi. Elə bununla da onun həyatında çətin, lakin maraqlı günlər başladı. O aeroportda tək qaldı. Arxasınca okeanı keçdiyi xanım onu qarşılamadı. Miri Yusif elə həmin anda öz seçimini etdi. Təbiət etibarilə o sakit həyat tərzinə alışmış biri deyildi, ona yaradıcılıq üçün yeni təkanlar, macəralar lazım idi. Buna görə də o, geriyə qayıtmaq yerinə Amerikada qalmağı seçdi. Bank hesabında 1 dolları belə olmadığı halda o, Amerikada yaşamağa başladı. Baxmayaraq ki, həmin vaxtlarda "Dəyirman çox populyar idi, konsertləri anşlaqla keçirdi. Miri Yusif qabyuyandan ofisianta hər bir işdə çalışdı. Özünün "karantin adlandırdığı bu dövrdə yeni ruhda, yeni tərzdə mahnılar yazmağa başladı. Vaxt keçdi və onun həyatı öz axarına düşməyə başladı. 

Bakıya gəldiyi bir vaxtda konsertdə Nərgiz adlı bir qızla qarşılaşdı. Ertəsi gün həmin qız öz qardaşı və ailə dostları Fidan Qasımovayla onların evinə gəldi . Cəmi bir ay sonra - 09.10.2008-ci ildə onların öz ailəsi yarandı. Bu sevginin ilk töhfəsi "Sənin üçün hiti, ən böyük nəticəsi isə 9 ay sonra dünyaya gələn Mir Hüseyn oldu. 2011-ci ildə Adel adlı qız övladının dünyaya gəlməsi Miri Yusif üçün dönüş nöqtəsi oldu. Çünki məhz ailənin yaranması ilə Miri Yusifin həm həyatında, həm yaradıcılığında yeni bir dönəm başladı.

Musiqi karyerasına 1996-cı ildə "Dəyirman qrupunun tərkibində başlayıb. Dəyirman bir-birini öncədən tanıyan bir dostluq qrupu idi. Emin Əfəndi və Miri Yusifin iş birliyi indiyə qədər davam edir. Dəyirman - Azərbaycanda fəaliyyət göstərən bir rep qrupu idi. Əvvəlcə qrup "GGG-ailəsi" adlandırılsa da, sonralar onun adı "Dəyirman"a dəyişdirildi. Azərbaycan tamaşaçıları qrupu müğənni Leyla ilə birlikdə "Sarı gəlin" mahnısına çəkdirdikləri klip ilə tanıdı.  Qrupun ən uğurlu mahnılarından biri "Ya Qarabağ, ya ölüm" sayılır. 

Miri Yusifin sayca 4-cü albomu olan "Nirvana 2012-ci ildə işıq üzü gördü. Albomun musiqi prodüsseri Emin Kərimidir. Albomdakı Nigar Camal ilə duet oxunulan, bəstəkarı İsa Məlikova aid olan "Qal trackinin klipi youtube kanalına yükləndiyi ilk gün ərzində 40.000 baxışla 2012-ci ilə qədər Azərbaycan Musiqi aləmində görülməyən rekord göstərici əldə etdi. Albomun dizaynında isə Miri Yusifin uşaq vaxtı çəkdiyi şəkillərdən istifadə olunmuşdu. Bir çoxlarının səbirsizlikə gözlədiyi "Məktub mahnısı isə avqust ayında kliplə bir yerdə internetdə yayımlanaraq, çoxlarının sevgisini qazandı. Məhz buna görə də bu mahnı 2012-ci ildə Miri Yusifə "Fəxri Fərman mükafatını qazandırdı. Uğurlarının ardı-arası kəsilməyən Miri Yusifin 2013-cü ilin ilk aylarında musiqisi və sözləri Miri Yusifə məxsus olan "Mən Küləyəm sinqlı internet və radio vasitəsilə yayımlandı. Qısa zaman keçməsinə baxmayaraq, bu mahnı pərəstişkarlar tərəfindən böyük şöhrət qazandı.

Ən nəhayət Miri Yusifin çoxdan bəri gözlənilən möhtəşəm konserti isə iyun ayının 28-i Yaşıl Teatrda tamaşaçıları bir araya topladı. 3 saata yaxın açıq havada davam edən konsertdə 2000-ə yaxın tamaşaçı iştirak etdi. 2013-cü ilin sonlarına yaxın "Ağ Qarğa albomu dinləyicilərə Heydər Əliyev adına Sarayda keçirilən canlı konsertdə təqdim olundu. Albomun musiqi prodüsseri "Nirvanada olduğu kimi Emin Kərimidir. Albomda bir sıra yeni bəstələr yer aldı, o cümlədən retro mahnılardan biri olan "Küçələrə Su Səpmişəm tam fərqli tərzdə muğam və rokla sintez olunaraq ifa olundu. Həmçinin alboma daxil olan "İki Doğma İnsan mahnısı "İlin mahnısı mükafatını qazandı. 2014-cü il 13 və 14 İyunda Yaşıl Teatrda "Yayın Ən Böyük konserti reallaşdı. İki gün ərzində anşlaqla keçən solo konsertdə 4000-dən çox dinləyici iştirak etdi.

Картинки по запросу miri yusif nergiz
Картинки по запросу miri yusifin heyat yoldasi
Картинки по запросу miri yusif nergiz
Картинки по запросу miri yusifin toyu
Картинки по запросу miri yusif nergiz
Картинки по запросу miri yusif ailesi
Картинки по запросу miri yusif ailesi
Картинки по запросу miri yusif ailesi
Картинки по запросу miri yusif nergiz
Картинки по запросу miri yusifin toyu