Axşam saatlarında Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org Reporta-a istinadən xəbər verir ki, 1964-cü il təvəllüdlü rayon sakini Babayev Vidadi Həbib oğlu yolu keçmək istəyərkən "QAZ - 3110" markalı avtomobil tərəfindən vurulub.

Ağır xəsarətlər alan piyada Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktдa bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır.