Samux rayon sakini döyülüb.

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, rayonun Qarabağlılar kənd sakini, 1991-ci il təvəllüdlü İmamverdi Əliyev müxtəlif bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
İ. Əliyev qardaşı tərəfindən döyüldüyünü söyləyib.

Samux Rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.