Bakıda intihara cəhd olub.

Unikal.org xəbər verir ki, Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Şimal Dress adlanan ərazidə qeydə alınıb. Orada yaşayan 1990-cı il təvəllüdlü Humay Əlimərdanova yaşadığı binanın 3-cü mərtəbəsindən özünü atıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

H. Əlimərdanovanın intihara cəhd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.