Tayvan sahillərində 5,8 bal gücündə zəlzələ olub. 

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilir ki, zəlzələ bir milyondan çox əhalisi olan Tayçunq şəhərindən 104 kilometr şərqdə qeydə alınıb. Təbii fəlakət nəticəsində mal və can itkisi olmayıb.