Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org lent.az-a istinadən bildirir ki, Xəzər rayonu ərazisində - Qala qəsəbəsinə kedən yolda "Volkswagen Caravelle" markalı, 90 JX 359 dövlət qeydiyyat nişanlı avtomobil 54 yaşlı qadını vurub. Ağır xəsarətlər alan piyada hadisə yerindəcə keçinib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.