Bakıda yol nəqliyyat hadisəsi baş verib. 

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəza "Karl Marks" körpüsünün yanında, Azadlıq prospekti ilə kəsişmədə baş verib. "BMW" ilə "Nazlifan"nın toqquşması nəticəsində birinci avtomobilin sürücürü xəsarət alıb. Əraziyə Yol Polisi əməkdaşları gəlib. Hadisənin baş vermə səbəbləri araşdırılır.