26 Avqust 2019
25 Avqust 2019
İlhamə Quliyevanın doğma qızı tapıldı
İlhamə Quliyevanın doğma qızı tapıldı KRİMİNAL 13:22 2016-03-02

 
İlhamə Quliyevanın doğma qızı tapıldı. Unikal.org xəbər verir ki, bu haqda məlumatı femida.az -a həmin qızla bir sinifdə oxuyan və hazırda Rusiya Federasiyasında yaşayan Gülzar Vəliyeva verib. Onun sözlərinə görə, İlhamə Quliyevanın qızı Flora onlarla birlikdə Yasamal rayonu 13 nömrəli məktəbdə oxuyub.

"Biz İlhamə Quliyevanın qızı ilə bir sinifdə oxuyurduq. Yasamal rayonu 13 nömrəli məktəbdə "B" sinfini bitirmişik. Həmin vaxt Flora xanım bilirdi ki, onun anası İlhamə Quliyevadır. Həmçinin İlhamə xanım onun təhsili və geyimi üçün pul da verirdi. Amma, bu haqda danışmaq istəmirdi. Çünki, anası onu övlad kimi qeydiyyata almamışdı. Biz 10-cu sinifdə oxuyanda İlhamə Quliyeva məktəbə gəlmişdi. Qızı dedi ki, onu görmək istəmirəm. Mənim anamdısa, məni övladlığa götürərdi. Mənim bildiyimə görə həmin qızı İlhamə xanımın yaxın qohumu saxlayırdı. Flora xanım bildiyimə görə Yasamal rayonu ərazisində, qəbiristanlıq tərəfdə yaşayır. Mən Bakıya gedəndə sinif yoldaşlarımla görüşəndə onu da soruşdum. Ancaq onunla görüşə bilmədim. Biz 1980- ci ildə onunla birlikdə Yasamal rayonu 13 nömrəli məktəbin "B" sinfini bitimişik".