Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin IV turunda Yunanıstanın "PAOK klubunu 1:0 hesabı ilə məğlub edən Ağdamın "Qarabağ komandasının UEFA-nın reytinq cədvəlində mövqeyi dəyişib.

Unikal.org xəbər verir ki, komandamız 13 pillə irəliləyərək 18.050 xalla 99-cu yerdə qərarlaşıb.

"Qarabağ bununla da ilk yüzlükdə qərarlaşan birinci Azərbaycan klubu olub.