ABŞ-ın Arizona ştatının Peyson şəhərində yaşayış binasında güclü partlayış baş verib.

Unikal.org-un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayışdan sonra binada güclü yanğın başlayıb.

Hadisə yerinə qonşu şəhərlərdən yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.

Ölən və yaralananların sayı bildirilmir.