Bu gün Xaçmaz rayonu, Nabran kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 9 m² olan kottecin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, kottecin qalan hissəsi və yaxınlıqdakı kotteclər yanğından mühafizə olunub.

Yanğın saat 08:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.