Cənubi Sudanın paytaxtı Cuba şəhərində silahlı insident baş verib.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum şəxsin açdığı atəş nəticəsində 11 nəfər ölüb, 16 nəfər yaralanıb.

İnsident futbol klubunda, azarkeşlər İngiltərə premyer-liqasının matçını izləyən zaman qeydə alınıb. Cinayətkar hadisə yerindən qaçıb. Hadisənin motivləri müəyyənləşdirilir.