Goranboy rayonu, Nizami kəndində vətəndaşa məxsus ümumi sahəsi 110 m² olan birmərtəbəli, kürsülü 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.