Ağdaşda qətl hadisəsi baş verib.

ARB TVxəbər verir ki, şəhər sakini, əvəllər məhkum olunmuşRamazan Qurbanovyol kənarındakı avtoyuma məntəqəsinin yanında şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Ağdaş rayonu, Qolqəti kənd sakini, 46 yaşlıAbubəkr Baxşəliyevə boğaz, qarın və kürək nahiyəsindən 7 bıçaq xəsarəti yetirərək onu amansızlıqla qətlə yetirib.

Mərhumun qardaşıMahir Baxşəliyevqətlin ona 6500 manat pul borclu olanAslanHəmidadlı şəxslərin sifarişi ilə törədildiyini iddia edir. Onun sözlərinə görə, qatillər qardaşını yox, onun özünü öldürəcəkdilər. Bu barədə əvvəlcədən ona xəbərdarlıq da ediblərmiş.

Qətlə yetirilən şəxsin oğluRuslan Baxşəliyevisə atasını öldürən Ramazan adlı şəxsi tanıdığını və dostluq münasibətləri olduğunu deyib: "Araları yaxşı idi. Atama söz atdı, sonra atam özünü müdafiə edən zaman bıçağı çıxardıb boğazını üzdü. Atamın heç kimlə işi olmurdu. Fəhlə adam idi".

Hadisəni törədən Ramazan Qurbanov qaçıb gizlənsə də, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.