Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org-un "Report"a istinadən məlumatına görə, hadisə rayonun Potu kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Zahid Əzizov idarə etdiyi "VAZ-21074" markalı avtomobillə yolu keçən həmkəndlisi Güləhməd Cavadovu vurub. Nəticədə ağır bədən xəsarətləri alan G.Cavadov Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralıya qapalı kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin sınıq-çıxığı diaqnozu qoyulub: "Həkimlərin müdaxilələrinə baxmayarq onun həyatını xilas etmək mümkün olmayıb".

Göyçay Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırma aparılır.