Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org-un Report-a istinadən məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, aralarında yaranmış münaqişə səbəbindən oğul 22 yaşlı Sərxan Heydərov atası Siyavuş Heydərova bir neçə bıçaq zərbəsi endirib. Hadisə yerinə "təcili yardım" maşını gəlsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Ata və oğulun Qubadakı restoranlardan birində birgə işlədikləri bildirilir.

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.