Çovğun səbəbindən Moskva-Bakı aviareysində gecikmə baş verib.

Unikal.org Azərtac-a istinadən xəbər verir ki, Moskva-Bakı istiqamətində "Boeing 737-500 təyyarəsi ilə saat 11:00-da həyata keçirilməli olan "P2 745 saylı aviareys gecikir. Təyyarə Bakıya saat 14:00-da çatmalı idi.

Qeyd edək ki, çovğun hava şəraiti ilə əlaqədar "Şeremetyevo hava limanında 21 reys gecikir, 86 reys təxirə salınıb. "Domodedovoda isə 20 reys gecikir, 13 reys təxirə salınıb.