Binəqədi rayonunda yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılan 27 yaşlı gənc sağ qalıb.

Unikal.org report-a istinadən xəbərinə görə, hadisə rayonun Cəfər Xəndan küçəsi 42, mənzil 366 ünvanında baş verib.

Belə ki, 1989-cu il təvvəllüdlü Cəmilov Cəlil Rafət oğlu ötən gecə yaşadığı evdə özünün ad gününü qeyd edib. 

Mərasim davam etdiyi vaxt gənc otaqdan eyvana çıxıb. C.Cəmilov ehtiyatsızlıqdan 8-ci mərtəbədən yıxılıb. O, binanın həyətində hərəkətsiz vəziyyətdə dayanmış avtomobilin üzərinə düşüb.
Ağır bədən xəsarətləri alan C.Cəmilov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.