Gəncə-Şəmkir avtomobil yolunda avtomobil aşıb.

Unikal.org apa-ya istinadən verdiyi məlumata görə, hadisə saat 13 radələrində qeydə alınıb. "Mercedes" markalı avtomobilin aşması nəticəsində sərnişin, Şəmkir rayon Seyfəli kənd sakini, 1964-cü il təvəllüdlü Şakir Gözəlov müxtəlif bədən xəsarətləri alaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.