Noyabrın 10-da Salyan rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölənin kimliyi bilinib.

Unikal.org-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölənin Neftçala rayon sakini Zaur Cəfərov olması müəyyən edilib.