Zərdab rayon Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqlinin zorladığı iddia edilən məktəblinin atası Rəmzi Abduləliyev Publika.az-a hadisənin təfərrüatlarını danışıb.

Unikal.org xəbər verir ki, qızın atası deyib ki, dünən gecə saat 02 radələrində qız anasının evində yatdığı yerdə telefonuna zəng gəlib. Zəng edən direktor Ceyhun olub. Qızım 9-cu sinifdə oxuyur, bir neçə fəndən hazırlığa gedir. Tarix fənnindən də Ceyhun müəllim hazırlaşdırır. Sən demə, uşağı dərsə hazırlamayıb, pis fikirləri var imiş. Dünən gecə də gələndə qıza kitab gətirdiyini deyib, həyətə çağırıb. Qızımdan bir az sonra yoldaşım həyətə çıxıb. Ceyhunun qızımı qucaqladığını, paltarlarını cırmağa çalışdığını görüb. Anası qadındır, gücü çatdığı qədər şillə-təpiklə onu vurub, o da qaçıb gedib. Telefonu, ayaqqabısı da həyətdə qalıb. Anası bir az gec getsə idi, nə olardı, təsəvvür etmirəm. Bizim bildiyimizə görə, Ceyhun Volqoqrad şəhərində 13 yaşlı qızı pis yola çəkdiyinə görə 4 il həbs cəzası çəkib".

R.Abduləliyev bildirib ki, bu vaxta qədər direktorun qızına fərqli münasibət göstərməsi barədə heç nə eşitməyib:
"Belə bir hadisənin baş verə biləcəyi kimin ağlına gələrdi? Məktəbdə direktor müavini işləyib, indi də direktordur. Təhsil Nazirliyinin təyin etdiyi bir adamın belə bir iş görəcəyini düşünmədik. Məktəbdə mənim qızım kimi yüzlərlə şagird oxuyur. Amma qızım bu vaxta qədər direktorun fərqli münasibəti ilə bağlı heç nə deməyib. Bu barədə polisə məlumat vermişik. Hələ ki, ekspertiza təyin edilməyib, 6-cı günə saxlayıblar. Amma qızın vəziyyəti normaldır".
Kənd icra nümayəndəsi Abubəkir İsayev Publika.az-a bu barədə yalnız polis kəndə gələndən sonra xəbər tutduqlarını deyir:
"Bizdə olan məlumata görə, hadisə başqa bir evdə baş verib. Ceyhun bizim kəndin sakinidir. Bu vaxta qədər onunla bağlı belə bir söz-söhbət eşitməmişik".
C.Tofiqlinin 32 yaşı var. Hazırda polis bölməsində saxlanılır.

Zərdab rayonu Şahhüseynli kənd orta məktəbinin direkteru Ceyhun Tofiqli barəsində irəli sürülən zorlama ittihamına ailəsi reaksiya verib.

Unilal.org xəbər verir ki, Ceyhun Tofiqlinin anası Məhluqə Tofiqli Ölkə.Az-a açıqlamasında oğlunun dünən səhər saat 6-da hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən yaşadığı evdə saxlanıldığını bildirib:

"Hələ direktor kimi təsdiqlənməmişdi, vəzifəsini icra edirdi. Orada zorlama məsələsi yoxdur. Ekspertiza da bildirib ki, zorlama olmayıb. O qız on birinci sinifdə oxuyur. Niyə belə etdiklərini soruşmaq istəyirik, bizi yaxına buraxmırlar. Halbuki o ailəylə get-gəlimiz var. Oğlum ailəlidir, iki övlad atasıdır. Onun belə etdiyinə inanmaq istəmirəm. Ekspertizanın rəyində də göstərilir ki, belə bir şey yoxdur.

Xatırladaq ki, Ceyhun Toqifli haqqında cinayət işi başladılıb və iş Zərdab Rayon Prokurorluğu tərəfindən araşdırılır. O, direktoru olduğu məktəbin şagirdlərindən birini zorlamaqda ittiham edilir.