Dünya turnesində olan kanadalı müğənni Castin Biber Çexiyanın paytaxtı Praqada iki konsert verib.

Unikal.org-un xarici mətbuata istinadən məlumatına görə, 22 yaşlı ulduz konsertdən sonra sosial şəbəkələrdə elan verərək qız fanatlarının ona qoşulmasını istəyib. Elan yerli model agentliyində çalışan Daniela adlı biri tərəfindən verilib. Elanda bildirilib ki, barda Biberlə partiyə qatılmaq üçün 8 qız axtarılır. Pulsuz dəvətə sadəcə 6 qız qoşulub və daha sonra Castinin otağındakı özəl partiyə əlavə 2 qız da qatılıb.

Hüquq fakültəsinin tələbəsi olan Anna gizlilik müqaviləsi bağladığı üçün gecə baş verənlər haqda danışa bilməyəcəyini söyləyib.

O, sadəcə "insanların düşündüyü kimi deyil. Castin sadəcə bizimlə söhbət etdi və əyləncəli vaxt keçirdik" deyib. Digər iştirakçılar da gecə intim münasibətlərin baş vermədiyini təsdiqləyiblər.