Bir vaxtlar ALS xəstələrinə yardım məqsədilə keçirilən "bir vedrə buzlu su kampaniyası, "Selfie" kimi məşhur adları artıq yenisi ilə əvəzlədi. 

Unikal.org xəbər verir ki, sosial mediada Maneken Çelenc (Mannequin Challenge) adlı videotrend yaranıb. Bunun məğzi odur ki, video çəkildiyi dövrdə insanlar maneken kimi hərəkətsiz dayanır. Bir vaxtlar ən məşhur ulduzlar,siyasətçilər və ya iş adamları başlarına buzlu su töküb, bunu videosunu intetnetə qoyurdusa , indi eyni qayda ilə maneken kimi donub- qalırlar və sonra bunun videosunu sosial şəbəkədə paylaşırlar.

İlk belə maneken videosu isə sosial şəbəkədə 2016-cı il oktyabrın 26-da peyda olub.Onu Jaksonvill-dəki Edward orta məktəbinin yuxarı sinif şagirdləri hazırlamışdı. Bundan sonra bir çox peşəkar və həvəskar klublar bu maneken videosunun öz versiyalarını düzəldib, sosial şəbəkəyə qoyublar. "Yuventus, "Dortmund, "Liverpul, "Mançester City kimi klubların ardınca Portuqaliya və Braziliya milliləri də çəkdikləri Mannequin Challenge videolarını ictimai mediada paylaşıblar.