Əməliyyatda olan xəstə oxuyur, həkimlər isə əlləri ilə necə deyərlər züy tutur.

Arada bəh-bəh deməyi də unutmurlar. 

Unikal.org xəbər verir ki, maraqlı görüntüləri "Xəzər Xəbərə əməliyyat olunan xəstənin özü, 21 yaşlı xanəndə Taleh Hüseynli təqdim edib.

Taleh kor bağırsağın əməliyyatı zamanı dilinin toruna düşüb. Xanəndə olduğunu deməsilə həkimlər ondan oxumağını xahiş edib. O da əməliyyat bitənədək düz 40 dəqiqəyə yaxın müxtəlif musiqi nömrələrini ifa edib.

Gənc müğənni fikirləşir ki, görüntülər yayılandan sonra onun da ulduzu parlayacaq. Çünki əməliyyat vaxtı səsinin gücünü indiyə kimi göstərən olmayıb.