Nardaranda silah-sursat tapılıb.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, Bakının Sabunçu RPİ 42-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Saleh Dadaşovun evinə baxış zamanı "Mauzer" markalı tapança və 12 ədəd patron aşkarlanaraq, götürülüb.