Ağsu rayonunda kütləvi dava zamanı 4 nəfəri bıçaqlayan şəxslərin kimliyi məlum olub.

Unikal.org apa-ya istinadən xəbərinə görə, hadisə ötən axşam rayonun Rəhimli kəndində keçirilən mərasimdə qeydə alınıb.

Ağarx kənd sakinləri - 1984-cü il Vəliyev Mansur İrzaxan oğlu və qardaşı 1989-cu il təvəllüdlü Vəliyev Vəli İrzaxan oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Rəhimli kənd sakinləri - 1993-cü il təvəllüdlü Bəhramov Elvin Oqtay oğlunu, 1991-ci il təvəllüdlü Heybətov Elvin Şahvələd oğlunu, 1988-ci il təvəllüdlü Mikayılov İntiqam Abdul oğlunu və 1978-ci il təvəllüdlü Əliyev İsrafil Kiçikağa oğlunu bıçaqlayıb.

Hadisə yerindən qaçıb gizlənən qardaşlar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı tapılaraq istintaqa təhvil verilib.

Xatırladaq ki, Ağsu rayonunda kütləvi dava zamanı 4 nəfər bıçaqlanıb. Hadisə dünən axşam saatlarında rayonun Rəhimli kəndində keçirilən mərasimdə qeydə alınıb. Kənd sakinlərindən birinin hərbi xidmətə yola salınması münasibətilə keçirilən mərasimdə spirtli içki qəbul edən qonşu kəndlərin gəncləri arasında kütləvi dava baş verib.