Daxili İşlər Nazirliyi ölkənin müxtəlif yerlərində tapılan meyitlərlə bağlı məlumat yayıb. 

Unikal.org nazirliyin saytına istinadən xəbər verir ki, noyabrın 22-də Şəmkir şəhəri ərazisində Gədəbəy rayon sakini Asif Abıyevin, Sabunçu rayonu ərazisində 50-55 yaşlı qadının, Binəqədi rayonu ərazisində isə "KİA" markalı avtomobilində Bakı şəhər sakini Vurğun Fərəcovun üzərində zorakılıq əlamətləri görünməyən meyitləri tapılıb.

Hər bir faktla bağlı araşdırma aparılır.