Sabirabad rayonunda oğurluq faktı qeydə alınıb.

Unikal.org xəbər verir ki, rayon sakini Dilbər Səlimova polis şöbəsinə müraciət edərək, evindən bir çox əşyanın oğurlandığını bildirib.

Daxil olan məlumat əsasında dərhal əməliyyat axtarış işlərinə başlanılıb və çox keçmədən hadisəni törətməkdə şüphəli bilinən rayon sakinləri 23 yaşlı Elman Məmmədov və həmyaşıdı Həsənağa Əsədzadə saxlanılıblar.

Oğurluğu törədən hər iki şəxs əməllərini etiraf ediblər.

Onlar evdən 1000 manat dəyərində müxtəlif əşyalar oğurlayıblar: "Velosiped, mator, ayaqqabı, kurtka. Etdiyim əmələ görə peşimanam. Küçə ilə gedəndə gördük, boş həyət idi girdik.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.ARB TV