Yaponiyalı tədqiqatçıların fikrincə, səhərlər dondurma yeyən adamlar ağıl və fərasətləri ilə seçilirlər.

Unikal.org azertag-a istinadən xəbər verir ki, bu şirin təam insanların reaksiya sürətini artırır və onlarda psixi qıcıqlanmanı zəiflədir.

Alim Yosihiko Koqanın eksperimentə cəlb etdiyi könüllülər səhərlər dondurma yeməli idi. Bu cür səhər yeməyindən sonra iştirakçılardan məntiq testlərini yerinə yetirmək xahiş olunub. Məlum olub ki, dondurma insanların reaksiya sürətini artır və onlarda psixi qıcıqlanmanı zəiflədir.

Y.Koqa, həmçinin qeyd edib ki, dondurma yedikdən sonra insanlarda yüksək tezlikli alfa dalğaların bolluğu müşahidə olunur. Alimin gümanına görə, "yüksək döyüş hazırlığını dondurmanın temperaturu yaradır.

Buna görə də o, başqa bir qrupu eksperimentə cəlb edib. Koqa iştirakçılara naharda bir stəkan soyuq su təklif edib. Bundan sonra eksperiment iştirakçıları böyük səviyyədə sayıqlıq və əqli qabiliyyət göstəriblər. Lakin onların göstəriciləri səhər yeməyində dondurma yeyənlərin göstəricilərinə çata bilməyib.