Ağdaş rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. 

Unikal.org-un məlumatına görə, Ağdaş-Zarağan yolunda, Qəbələ istiqamətində hərəkətdə olan 10 BX 366 dövlət qeydiyyat nişanlı "VAZ 2106" sürücünün idarəetməsindən çıxıb. Yolun kənarındakı maneəyə çırpılan avtomobil daha sonra aşıb.

Qəza nəticəsində avtomobildə olan şəxslərdən iki nəfər hadisə yerindəcə vəfat edib. Daha bir nəfər isə yaralanıb. 

Faktla bağlı araşdırma aparılır.