Sumqayıt şəhərində ev yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 100 m2 sahədə yanıb. Evin qalan hissəsi və digər bitişik qonşu evlər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.