Daxili işlər orqanlarında daha bir kadr dəyişikliyi həyata keçirilib.

Unikal.org femida.az-a istinadən xəbər verir ki, 39-cu polis bölməsinin rəis müavini polis mayoru Anar Məmmədov tutduğu vəzifəsindən azad edilərək Səbail rayonu 9-cu polis bölməsinin rəis müavini vəzifəsinə təyin olunub.

Onun yerinə 9-cu polis bölməsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışmış polis kapitanı Müşfiq Gözəlov təyinat alıb.

Xatırladaq ki, Müşfiq Gözəlov Şuşanın qətlə yetirilmiş keçmiş İcra başçısı Mikayıl Gözəlovun oğludur.