Topaz Premyer Liqasının XIII turu çərçivəsində baş tutan "Kəpəz - "Neftçi oyunu birincilərin qələbəsi ilə başa çatıb. 

Unikal.org-un apasport.az-a istinadən məlumatına görə, 2:0 hesablı qələbə qazanan Gəncəlilər 8 oyunluq uğursuz seriyaya son qoyublar. Belə ki, "ağ-qaralar üzərində sonuncu ev qələbəsini 14 il 9 ay əvvəl qazanmış Şahin Diniyevin yetirmələri 2002-ci il fevralın 27-də baş tutan oyunda 2:1 hesabı ilə qalib gəlmişdilər.

 Aradan keçən 8 oyunda 3 xala həsrət qalan qərblilər 6 dəfə məğlubiyyətlə üzləşib 2 dəfə isə heç-heçə ediblər. Gəncəlilər düz 5387 gündən sonra doğma azarkeşlər önündə qələbəyə seviniblər. Qeyd edək ki, "Kəpəz bu müddətdə evdə qalib gələ bilməsə də, səfər oyunlarında 3 xala sevinmişdi.