Şəkidə avtobusdan düşüb yolu keçmək istəyən 41 yaşlı qadını maşın vurub. 

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə noyabrın 27-i  saat 11:30 radələrində rayonun Orta Zəyzid kəndi ərazisində baş verib.

Orta Zəyzid kənd sakini Araz Məhəmməd oğlu Məhəmmədov idarə etdiyi "VAZ 21099 markalı, 20-DJ-892 dövlət nömrə nişanlı minik avtomobili ilə sərnişin avtobusundan düşüb yolu keçmək istəyən piyada, Baş Zəyzid kənd sakini 1975-ci il təvəllüdlü Sürmayə  Məcid qızı Kərimovanı vurub. Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan S. Kərimova Şəki  Mərkəzi  Rayon Xəstəxanasına (MRX) aparılıb. Şəki MRX-dan APA-ya bildirilib ki, ağır qapalı kəllə-beyin travması alan S. Kərimovaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq, müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. 

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.