Tovuzda dəm qazından zəhərlənmə olub.

Unikal.org-un apa-ya istinadən məlumatına görə hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb.

Kənd sakinləri, 1961-ci il təvəllüdlü Hacıyeva Şəhla və onun gəlini 1978-ci il təvəllüdlü Lamiyə Hacıyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hər iki qadın Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.