Kürdəmir rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Topalhəsənli kəndində baş verib. Nəzarətsiz qalan 2011-ci il təvəllüdlü Həzrət Rahim oğlu Abdullayev həyətdəki su quyusuna düşərək  ölüb.

Rayon prokurorluğu hadisə ilə bağlı araşdırma aparır.