Kürdəmirdə yanğın hadisəsi qeydə alınıb.

Unikal.org-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonda vətəndaşa məxsus ümumi sahəsi 144 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə evin 3 otağının yanar konstruksiyaları 94 m² yanıb. 

Evin qalan hissəsi və bitişik digər ev yanğından mühafizə olunub.