"Lokomotivin əslən azərbaycanlı futbolçusu Aleksandr Səmədov karyerasını Moskvanın digər klubu "Spartakda davam etdirəcək.

Unikal.org qol.az-a istinadən verdiyi xəbərə görə, 32 yaşlı yarımmüdafiəçi ilə 2.5 mövsümlük müqavilə imzalanması nəzərdə tutulub. Yaxın vaxtlarda bununla bağlı müqavilə bağlanacağı bildirilib.

Müqavilənin şərtlərinə əsasən, Səmədov ilinə 1.8 milyon avro qazanacaq. "Lokomotivdə isə futbolçu bir qədər çox - mükafatlar da daxil olmaqla ilinə 2 milyon avro gəlir əldə edir.

Qeyd edək ki, "Lokomotivin baş məşqçisi Yuri Syomin Səmədovu əvəzedici heyətə göndərib.

Əlavə edək ki, bu gün "dəmiryorçuların yarımmüdafiəçisi Petar Şkuletiç İntagram hesabından Səmədovla şəklini paylaşaraq onunla vidalaşıb və gələcək karyerasında uğurlar arzulayıb.