Gələn il Azərbaycanda təşkil olunacaq IV İslam Həmrəylik Oyunlarında 50 ölkə iştirakını təsdiqləyib.

Unikal.org  xəbər verir ki, ev sahibi Azərbaycan ilə yanaşı, Səudiyyə Ərəbistanı, Niger, İraq, Somali, İran, Birləşmiş Ərəb Əmirlikləri, Mavritaniya, Banqladeş, Türkmənistan, Liviya, Surinam, Tunis, Komor adaları, Əlcəzair, İndoneziya, Pakistan, Fələstin, Fil Dişi Sahili, İordaniya, Türkiyə, Uqanda, Oman, Əfqanıstan, Mərakeş, Malayziya, Albaniya, Cibuti, Qayana, Tacikistan, Bəhreyn, Kamerun, Qvineya-Bissau, Qırğızıstan, Qambiya, Benin, Nigeriya, Qazaxıstan, Maldiv adaları, Mali, Çad, Mozambik, Suriya, Seneqal, Syerra-Leone, Toqo, Qətər, Qabon, Qvineya və Sudan "Bakı-2017ə qatılacaq.

Ölkələrin sayına görə, Azərbaycan İslam Həmrəylik Oyunları tarixində bir ilkə imza atacaq.

Lakin ölkələrin sayının daha da artması istisna deyil. Bu rəqəm 57-yə çata bilər.