Bakıda restoranda ölüm hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsində yerləşən "Tropikanka" restoranında qeydə alınıb.

Orada istirahət edən 1968-ci il təvəllüdlü Eldar Hacıbala oğlu Səfərəliyev qəfildən vəfat edib. Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertiza təyin olunub.

İlkin ehtimala görə, E.Səfərəliyev ürək tutmasından ölüb.

Faktla bağlı araşdırma aparılır.